Sevgisi dә soyuq idi... - Əli Kərimin MƏŞHUR ŞEİRİ

Anadil: Bu gün Azərbaycanın böyük şairi Əli Kərimin (1931 - 29 iyun 1969) doğum günüdür.

Bu münasibətlə onun məşhur "Atamın xatirəsi" şeirini təqdim edirik:

XXX

O sәrt idi.
Sәhәr dәrsә tәlәsәndә mәn
Bildirmәzdi yolda durub boylandığını.
Bircә dәfә söz açmazdı qәlbindәkindәn,
Söylәmәzdi övlad üçün çox yandığını.

Gizli-gizli mәni süzüb gülәrdi bәzәn,
Durub-durub güc gәlәrdi әyri qәlyana.
Övladına bircә dәfә “can” söylәmәkdәn
Övlad üçün can vermәyi asandı ona.

Әmәksevәr, ağır, enli, cod әli vardı,
Tale kimi endirәrdi çiynimә hәrdәn.
Sәrt üzünә bircә anlıq sәhәr doğardı,
Bilmәzdim ki, hansı nurlu düşüncәlәrdәn.

Sevgisi dә soyuq idi – tәzә әkini
Hәr bәladan hifz elәyәn qar kimi.

Moskvada oxuyurdum,
Tәrk etdi mәni

Gәlәn kimi bir әbәdi ayrılıq dәmi.
Gah istәyib mәni görә,
gah deyib ki, mәn qoy bilmәyim,
O utanıb öz ölümündәn...

Ah, o niyә belә etdi, bu nә qubardı?
Nә zamansa bu nişanda bir atam vardı.


Anadil.az

Oxunub: 210
  • Sosial şəbəkədə paylaş
XƏBƏRDAR