Sən onsuz da cavab verməyəcəksən... - Məşhur gürcü şairinin ŞEİRİ

Anadil mərhum tərcüməçi Həmzəli İlyasın çevirməsində XX əsrin görkəmli gürcü şairi Qalaktion Tabidzenin (1891 - 1959) "Sənin sağlığına" şeirini təqdim edir:

XXX

Tək-tənha gedirəm kafeyə yenə,

Ağ çaxır süzürəm iki badəyə.

Biri səninkidi (dərdə bax hələ,

Orda da beləydi, burda da belə),

Sənin sağlığına içirəm, nəsə,

Qurd kimi içirəm və... Alaverdi!

Məxməri səsiylə dillənmir kimsə,

Bir əl də toxunmur sənin badənə.


Yenə əzab ilə pıçıldayıram:

Dərdlə silələnib yenə də qəlbim.

Sən onsuz da cavab verməyəcəksən,

Mənim kədərimi kim böləcək, kim?


Anadil.az




Oxunub: 372
  • Sosial şəbəkədə paylaş
XƏBƏRDAR