Burdan o yana uçmağa həvəs yoxdu... - Cüzeppe Unqarettinin ŞEİRİ

Anadil tənqidçi, tərcüməçi Cavanşir Yusiflinin çevirməsində İtaliya şairi Cüzeppe Unqarettinin (1888-1970) "Canvermə" şeirini təqdim edir:

XXX

Torağay kimi ölmək -

susuzluqdan

ilğımlar içində


Ya da dənizin üstüylə uçan

Birdən bir kolun üstünə düşən

bildirçin kimi -

yəni burdan o yana uçmağa həvəs yoxdu...


Ancaq

inləyən və zarıyan

bülbül balası kimi yox...


Anadil.az



Oxunub: 272
  • Sosial şəbəkədə paylaş
XƏBƏRDAR