Bu gün Dünya Teatr Günüdür

Anadil: 27 mart Dünya Teatr Günüdür (World Theatre Day). Bu gün 1961-ci ildə UNESCO nəzdində fəaliyyət göstərən Beynəlxalq Teatr İnstitutunun (International Theatre Institute – ITI) Vyanada keçirilən IX konqresində təsis edilib və ilk dəfə 1962-ci ildə qeyd olunub.

2024-cü ildə Dünya Teatr Gününün mövzusu “Teatr və sülh mədəniyyəti” olaraq müəyyən edilib. Bu münasibətlə UNESCO-nun himayəsi və Beynəlxalq Teatr İnstitutunun iştirakı ilə əsas tədbir 27–29 mart tarixlərində Çinin Langfang şəhərində keçiriləcək.

“Teart və sülh mədəniyyəti” mövzusunda mesajın müəllifi isə məşhur Norveç yazıçı-dramaturqu, 2023-cü ilin ədəbiyyat üzrə Nobel mükafatı laureatı Jon Fosse seçilib. Onun müraciəti Beynəlxalq Teatr İnstitutunun rəsmi saytında müxtəlif dillərdə yayımlanıb.

Xatırladaq ki, Dünya Teatr Günü münasibətilə nüfuzlu mədəniyyət və incəsənət xadimlərinin beynəlxalq ictimaiyyətə müraciət ənənəsinin əsasını fransalı yazıçı Jan Kokto qoyub.

O, 1962-ci ildə ilk dəfə dünyaya bu cür müraciət ünvanlayıb.


Anadil.az





Oxunub: 481
  • Sosial şəbəkədə paylaş
XƏBƏRDAR