Güney Azərbaycanlı mərhum rejissorun yasaqlanan filminə İZDİHAMLI BAXIŞ

Anadil: Mərhum rejissor Əsgər Yusif Nicatın Azərbaycan türkcəsində "Qolçaq" filminin Təbriz şəhərində izdihamlı təqdimatı baş tutub.

Film Təbrizin "Ulduz Yağışı" (“Sitarə Baran”) kinoteatrında nümayiş etdirilib.

"Qolcaq"ın gec təqdim edilməsinin səbəbi Azərbaycan dilində olması səbəbilə onun nümayişinə bir neçə il əvvəl qadağa qoyulmasıdır.

Qeyd edək ki, Güney Azərbaycanlı ssenari müəllifi və rejissor Əsgər Yusif Nicat 1969-cu il Təbrizdə doğulub. 2022-ci ilin sentyabrında o, beyində qansızma və infarkt səbəbindən 53 yaşında həyata gözlərini yumub.

O, kinematoqrafiya fəaliyyətinə 1989-cu ildə başlayıb.

Yusif Nicatın Azərbaycan türkcəsində ilk filmi "Ev" olub.


Anadil.az
Oxunub: 455
  • Sosial şəbəkədə paylaş
XƏBƏRDAR