Planetimizdə istilik dalğaları yavaşlayır, ÇÜNKİ...

Anadil: İqlim dəyişikliyi istilik dalğalarının daha yavaş meydana gəlməsinə səbəb olur.

Yeni bir araşdırma iqlim dəyişikliyinin bütün dünyada istilik dalğalarının daha yavaş irəliləməsinə səbəb olduğunu və nəticədə daha çox insanın yandırıcı istiyə məruz qaldığını aşkar edib.

“Science Advances” jurnalında dərc edilən elmi məqalədə yazılana görə, tədqiqatçılar istilik dalğalarının irəliləməsindəki dəyişiklikləri aşkar etmək üçün kompüter simulyasiyası vasitəsilə istixana qazı emissiyalarının olmadığı dünyanı araşdırıblar. Alimlər müəyyən ediblər ki, istilik dalğalarının yavaş irəliləməsi iqlim dəyişikliyinin səbəblərindən olan kömür, neft və təbii qazın yanması ilə bağlıdır.

Araşdırma nəticəsində o da bəlli olub ki, 1979-1983-cü illərdə istilik dalğaları orta hesabla 8 gün davam edib, lakin 2016-2020-ci illərdə bu müddət 12 günə yüksəlib.

Tədqiqatda 1979-cu ildən bəri bütün dünyada istilik dalğalarının 20 faiz daha yavaş hərəkət etdiyi və buna görə də daha çox insanın yandırıcı istidən əziyyət çəkdiyi qeyd edilib. İstilik dalğalarında görünən ən yüksək temperatur son 40 ildəkindən daha yüksək olub və buna məruz qalan ərazi də genişlənib.

Araşdırmada Avrasiyanın, xüsusilə uzun sürən istilik dalğalarından təsirləndiyini və isti dalğaların ən çox Afrikada yavaşladığını bildirib.


Anadil.az


Oxunub: 195
  • Sosial şəbəkədə paylaş
XƏBƏRDAR